ÜTT ölkələri qlobal ticarətdə parçalanmanın qarşını almağa çağırdı | Banco.az

ÜTT ölkələri qlobal ticarətdə parçalanmanın qarşını almağa çağırdı

Müəllif - Aida İsaq, Banco.az

Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala ölkələri beynəlxalq ticarət sisteminin parçalanmasının qarşısını almağa çağırıb. Banco.az xəbər verir ki, onun sözlərinə görə, bu, dövlətlərin qlobal problemlər qarşısında gücünü zəiflədə bilər.

Okonjo-İveala artan geosiyasi gərginliklər, o cümlədən ABŞ-Çin münasibətləri fonunda qlobal ticarət sisteminin gələcəyi ilə bağlı bütün dünyada yaranan vəziyyətdən narahatlığını bildirib. Mövcud prosedurlar təkcə iqtisadi cəhətdən yox, ümumilikdə ölkələrdə insanların həyat şəraitinə mənfi təsirlərini göstərə bilər.

Bu səbəbdən ən qısa zamanda müxtəlif həll yollarının tapılması, yaranan anlaşılmazlıqların aradan qaldırılması bütün dünya üçün faydalı olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram