"UTrader" platforması artıq xidmətinizdədir! | Banco.az

"UTrader" platforması artıq xidmətinizdədir!

2007-ci ildən fond bazarının peşəkar iştirakçıları reytinqində aparıcı yerlər tutmağa davam edən və daima müştərilərinə innovativ investisiya xidmətləri təqdim edən Unicapital İnvestisiya şirkətinin yeni platforması olan "UTrader" artıq istifadəyə verilib.

"UTrader" dünyanın bir çox maliyyə bazarlarına çıxışı təmin edən və investorlara hədsiz imkanlar yaradan treydinq platformasıdır. Platforma vasitəsilə yüzlərlə alət və onlarla bazarda treyd edərək, nüfuzlu şirkətlərin pay sahibi ola, səhm, istiqraz, kriptovalyuta kimi alətlərə investisiya edə bilərsiniz.

"UTrader"in unikal xüsusiyyətləri mövcuddur:

- Doğma dilimizdə ilk və tək treydinq platforması

- 13 000-dən çox alət bir platformada

- Ticarət terminalı və "Treyder Otağı" bir aradadır

- Komissiyasız mədaxil və məxaric

- Geniş alət seçimi və hədsiz imkanlar

Platforma haqqında ətraflı məlumat və qeydiyyat üçün www.utrader.az saytına keçid edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

"Unicapital İnvestisiya Şirkəti" müştəriləri üçün sərfəli olan bazar şərtlərini formalaşdırmaq, maliyyə bazarını əlçatan etmək, müxtəlif alətlər üzrə ticarəti bir araya gətirmək, eyni zamanda, treyderlərin gözləntilərini ön plana çəkmək mövcud strategiyanın önəmli tərkib hissəsidir. Şirkətin hədəfi həmçinin, xidmətlərin geniş investor icmasına əlçatan texnologiyalar üzərindən təqdim edilməsi ilə, yerli və xarici bazarlar üzərindən maliyyə inklyuzivliyin təmin edilməsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et