“UTrader” müştəriləri bu gündən etibarən daha aşağı komissiya ödəyəcək | Banco.az

“UTrader” müştəriləri bu gündən etibarən daha aşağı komissiya ödəyəcək

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisi olduğu ilk Azərbaycan dilli vahid investisiya platforması olan “UTrader”, müştərilərinə yeni tariflərə əsasən daha sərfəli komissiyalar təklif edəcək.

İndi "UTrader"-də minimal komissiya 4 usd deyil, Amerika birjalarında (NASDAQ, NYSE, AMEX, ARCA, BATS) ticarət üçün 2 USD, kriptovalyuta ticarəti üçün 1 USD təşkil edir. 

Daha ətraflı:   https://utrader.az/landing-az/

"UTrader" yerli və xarici maliyyə bazarlarına eyni vaxtda çıxışı təmin edən ölkədəki yeganə treydinq platformasıdır. Platforma vasitəsilə nüfuzlu şirkətlərin pay sahibi olmaq, istiqraz, kriptovalyuta, ETF-lər kimi alətlərə bir kliklə investisiya etmək mümkündür.

Nəzərinizə çatdıraq ki, ötən aylarda “UTrader”də “fraksiyalı ticarət” funksiyası aktiv edilib. Belə ki, yenilikdən sonra müştərilər üçün istənilən qlobal şirkətin kiçik hissəsinə investisiya etmək daha əlçatan olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 16 ildən artıq müddətdir ki, peşəkarlıqla fəaliyyət göstərən, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı bu gün 700 000-ü ötüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et