Uşaqlıda məhrum olduğumuz, əldə edə bilmədiyimiz və bəlkə də ummağımız bütün sevincləri öz körpələrimiz üçün arzu edirik.
Heç bir ana, eləcədə ata övladının onun yaşadığı məhrumiyyətləri yaşamasını istəməz, yəqin ki, istər bu mənəvi sıxıntılar olsun, istər də maddi. Həmişə görmədiyimiz günü körpələrimiz üçün arzu edərik.
Uşaqlarımızın gələcəyi haqqında nəinki onlar böyüməzdən öncə düşünməliyik, deyərdim ki, hətta insanların ailə seçimləri haqqında qərarlarına belə övladının necə böyüyəcəyi haqqında fikirlər təsir edir və əhəmiyyətli rol oynayır. Belə ki, onların gələcəyini onlar dünyaya gəlməmişdən öncə düşünür “potensial analar və atalar”.
Uşaqlar böyüdükcə onların qayığıları da onlar ilə bərabər böyüyür, elə bir an gəlir ki, övladınız üçün daha yaxşı məktəb, daha mükəmməl təhsil, daha məzmunlu istirahət arzu edir, uşaqlarınızın xarcidə oxumaq, dünyanı görmək arzusu ilə qarşılaşırsınız. Hələ bu sırada övladları üçün ocaq qurmaq, mənzil almaq istəyən valideynləri demirəm.
Bu ehtiyacları qarşılamaq üçün isə uşaqlarınız ilə birlikdə böyüyəcək depozitlərə üz tuta bilərsiniz. Düzdür. Etiraf etməliyik ki, bank depozitləri heç də digər biznes sahələri kimi gəlirli deyil və yatırdığın vəsaiti bir neçə ay (və ya il) ərzində iki qat və üç qat artırmaq haqqında düşünməyə dəyməz. Amma bank depozitləri uzunmüddətli olarsa və hissə-hissə yığım şəkilində üstünə əlavələr olunarsa, depoziti seçərkən bankın etibarlılığı, nüfuzu nəzərə alınarsa, uşaqlarınız üçün nəzərdə tutulan pullarınızın gələcəyi ilə bağlı düzgün qərar vermiş olarsınız.
Beləliklə hansı bankda uşaq yığım əmanətləri vardır?
Uşaq yığım depoziti - uşağınız hələ körpə ikən bankda onun adına hesab açır, pul yerləşdirirsiniz, bu məbləği hər ay artırmaq imkanınız olur, amma məbləği yalnız övladınız yetkinlik yaşına çatdıqda götürə bilirsiniz. Yəni əmanətin müddəti uşağınızın 15-18 yaşa çatması ilə başa çatır (müddət bankdan-banka fərqli olur). Adətən uzunmüddətli əmanətlərdə depozit faizi daha yüksək olur.
Bankların təkliflərinə baxdıqda ən sərfəli və en etibarlı seçim ki, Beynəlxalq Bankın təklifi görünür.
Uşaq ili 20,14%
2014-cü ili uşaq ili elan edən bank sizə illik 20,14% əmanət faizi təklif edir.
Azərbaycan Beynəlxalq Bankı “Uşaq” yığım əmanətinin sərfəli şərtləri ilə övladlarınızın gələcəyi haqqında bu il düşünməyi tövsiyyə edir!
Əmanəti məhz 2014-cü il ərzində övladınızın adına açmaqla illik 20,14% gəlir əldə edə bilərsiniz
Digər şərtlər
- Əmanət övladınızın adına rəsmiləşdirilir.
- Övladınızın 10 yaşı tamam olanadək əmanətin məbləği artırıla bilər.
- Əmanət övladınızın 18 yaşı tamam olanda geri ödənilir.
- Əmanət üzrə faizlər müddətin sonunda ödənilir.
- Əmanət övladınızın 18 yaşı tamam olmayınca geri götürüldükdə hesablanmış faizlər ödənilmir.
Xatırladaq ki, Beynəlxalq Bank yeganə dövlət bankıdır və ona görə də istər gəlir, istər də nüfuz və etibarlılıq baxımından bu seçim heç bir şübhə doğurmur.
Digər Banklardakı uşaq əmanətləri təkliflərini də diqqətinizə təqdim edirik.
Uşaq əmanəti |
Müddət |
Minimal məbləğ |
Artırma məbləği |
Faiz dərəcəsi |
17 yaş |
min 100 maks 5000 |
maks 5000 |
8% |
|
18 yaşınadək (min 1 il) |
min 500 |
min 200 |
9% |
|
18 yaşınadək (min 3 il) |
min 100 |
min 100 |
13% |
|
18 yaşadək |
min 100 |
min 50 |
9.5 % |
|
16 yaşadək (1 -3 il) |
min 100 |
min 20 - maks1000 |
6%-8% |
|
18 yaşadək (min 3 il) |
min 200 -maks 500000 |
nəzərdə tutulmayıb |
12%-19,5% |
|
18 yaşadək (ən azı 1 il) |
min 200 |
mümkündür |
9% |
|
18 yaşadək (ən azı 3 il) |
min 100 maks 3000 |
min100 maks500 |
12% |
|
18 yaşınadək (5 il) |
min 500 |
min 200 |
10% |
|
12 ay |
min 100 |
min 50 |
10% |
|
18 yaş |
min 200 |
min100 |
20,14% |
Qeyd:
- Rabitəbank-da 2 000 AZN/USD/EUR məbləğindən çox uşaq əmanəti açılmış əmanətçilərin hər il ad gününə həmin tarixə olan əmanət hesabı qalığının 0.5% həcmində məbləğə bank tərəfindən ad günü hədiyyəsi alınıb əmanətçiyə hədiyyə verilir.
- Hər il Yeni il şənliyində iştirak etmək üçün əyləncə müəssisəsinə 2 bilet hədiyyə verilir.
Uşaqlarınızın gələcəyini indidən düşünün, onların kiməsə möhtac olmasına izn verməyin, onların gələcəyi üçün indidən yatırım edin.
Sonda, qoy Tanrı heç kəsi övladı ilə sınağa çəkməsin və körpələrimizi qorusun, çünki bizim gələcəyimiz onlardır.
Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. (Oskar Uayld)
Könül Soltanova| Banco.az