Uşaqlarımızı “YouTube”dakı zərərli videolardan necə qoruyaq? | Banco.az

Uşaqlarımızı “YouTube”dakı zərərli videolardan necə qoruyaq?

Dünyanın ən böyük video platforması olan “YouTube”dan demək olar ki, hər kəs istifadə edir: uşaqdan tutmuş yetkin yaşlı insanlara qədər. Bəzi valideynlər özləri işlə məşğul olarkən uşaqlar mane olmasın deyə onlara “Youtube”dan cizgi filminə baxmağı tapşırırlar.  Nəzərə alsaq ki,  “Youtube” hər cür video məzmunu olan bir məkandır, uşaqların nəzarətsiz bu platformadan istifadəsi yolverilməzdir və valideynlərdə haqlı olaraq narahatlıq yaradır. Onda belə  bir sual yaranır:  “Bəs uşaqları zorakılıq və qorxu məzmunlu videolardan necə qoruyaq?”

 

Uşaqlarınızın təhlükəsizliyini qorumaq üçün bir neçə addım təklif edirik.

 

1. “YouTube”ın “Ailə dostu tətbiqi” olan “YouTube Kids” tətbiqindən istifadə edə bilərsiniz.

 

2. Uşaqlarınızdan əvvəl videoları izləyin. Bu üsul bir az çətin ola bilər, ancaq videonun ilk 10 dəqiqəsinə  baxıb, uşağınızın nəyə baxdığından əmin ola biləriniz.

Ən sərfəli kredit üçün müraciət et

 

3. Yalnız etibarlı, rəsmi kanalları izləyin. Google-da axtarış yerinə “uşaq videoları” yazıb etibarlılığına əmin olmadığınız hesablardan video izlətməyin. Yalnız rəsmi, etibarlı kanallardan video açın. Bir kanalın rəsmi olub-olmadığını bilmək üçün sadəcə kanal adının yanındakı “təsdiq işarəsi”ni görmək kifayətdir.

 

4. Avtomatik oynatmanı söndürün. Bunun üçün “YouTube”  veb səhifəsində yuxarı sağ küncdəki “Növbəti” mavi düyməni sıxın.

 

5. Video bitdikdən sonra uşaqlarınızla müzakirə aparın. Uşaqlarınız kiçik yaşlarında ekran saatlarını məhdudlaşdırmaq asan olsa belə, bunu daim edə bilməzsiniz. Ona görə də baxdıqları şeylər haqqında onlarla söhbətə başlamaq vacibdir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et