"Uşaqlar üçün Instagram" layihəsi təxirə salındı | Banco.az

"Uşaqlar üçün Instagram" layihəsi təxirə salındı

Tamara Mustafayeva, Banco.az

"Instagram Kids" layihəsi təxirə salınıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, populyar video və foto-yayım platforması olan "Instagram" 13 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmuş "Instagram Kids" ("Uşaqlar üçün Instagram") layihəsini təxirə salmalı olub.

Şirkət bloq yazılarından birində sözügedən layihənin hələ də qüvvədə olduğunu, ancaq reallaşdırılması prosesinin bir müddət təxirə salındığını açıqlayıb.

Məqalədə aşağıdakı cümlələrə yer verilib:

"Bu fasilə müddəti bizə valideynlər, mütəxəssislər, səlahiyyətli və tənzimləyici orqanlarla birlikdə işləmək, onların narahatlıqlarına qulaq asmaq və layihənin hazırki dövrün gəncləri üçün əhəmiyyətini izah etmək üçün vaxt qazandıracaq."

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət layihəni elan etdikdən sonra ABŞ-da Demokratlar partiyasından olan bir neçə senator "Facebook"a layihənin dayandırılması üçün müraciət etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et