Uşaqlar üçün hansı məhsulları almaq məsləhət görülmür? | Banco.az

Uşaqlar üçün hansı məhsulları almaq məsləhət görülmür?

Müəllif - Aida İsaq, Banco.az

Artıq yeni il ərəfəsində olduğumuzu nəzərə alsaq şəhərdə yarmarkaların, müxtəlif satış obyektlərinin çoxaldığını da görə bilərik. Xüsusilə müvəqqəti olaraq yeni il məqsədi ilə açılan bu əksər satış mərkəzləri qida məhsullarına üstünlük verir. Ailədə əgər azyaşlı uşaqlar varsa mütləq şəkildə onları sevindirmək üçün həmin mağazalardan müxtəlif şirniyyatlar, qidalar almağa çalışırıq. Lakin unutmaq olmaz ki, balaca uşaqların orqanizmləri həddindən artıq həssas olur. Bu səbəbdən də onlar üçün qida seçərkən son dərəcə diqqətli olmaq lazımdır. 

Banco.az xəbər verir ki, qida mütəxəssisləri tərəfindən uşaqlara şəkər, saqqız, konservantlar olan şirniyyatlar, karamel, təbii qəhvə, şəkər əvəzediciləri, kimyəvi qatqıların çox olduğu çərəzlərin, qidaların və içkilərin qəbulu məsləhət görülmür. Bunları müxtəlif meyvələr, təbii şirələr, meyvə quruları və ya digər sağlam qidalarla əvəz etmək daha faydalı olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı istənilən məhsulu seçərkən son istifadə tarixinə nəzər yetirməyi də unutmayın!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et