Uşaqla pul barədə nə qədər danışmaq olar? | Banco.az

Uşaqla pul barədə nə qədər danışmaq olar?

Maliyyə planlaşdırılması üzrə mütəxəssislərin çoxu hesab edirlər ki, uşaqlarla pul haqda danışmaq yaxşı fikirdir. Lakin hər şey öz ölçüsündə yaxşıdır. Əgər böyüklər öz uşaqları ilə pul barədə həddən artıq səmimi bölüşürsə, bunun ziyanı faydasından çoxdur.

Bu səhvlərin nəticələri və onlardan yayınmaq barədə CreditCards.com saytının müxbiri Mişel Krauç  danışır. Maliyyə psixoloqu və yazıçı Bred Klonts deyir: “Əgər uşaqlar böyüklərdən maliyyə problemləri və münaqişələri barədə həddən artıq çox informasiya alırsa, bu çox hallarda inamsızlıq və təhlükə hissinin meydana çıxmasına səbəb olur. Bu, uşağa böyük ziyan vura bilər”. Klonts hətta valideynlərin öz uşaqlarına münasibətdə maliyyə məsələlərini tənzimləməyi bacarmamağı xarakterizə edən xüsusi termin tətbiq etmişdir – “maliyyə investi”. Mümkün problemin əlamətləri aşağıdakılardır:

  • valideynlər çox səmimi olaraq öz uşaqları ilə maliyyə problemlərin bölüşür və bundan sonra yüngülləşirlər;
  • valideynlər puldan uşaqlara nəzarət aləti kimi istifadə edirlər;
  • valideynlər arasında münaqişələr, o cümlədən boşanmış valideynlər uşaqlardan arada qalan bufer kimi istifadə edirlər;
  • böyüklər uşaqdan kreditorların telefon zənglərinə cavab verməyi xahiş edir və ya onları ailə maliyyəsi barədə yalan danışmağa məcbur edirlər;
  • yeniyetmələrdən ciddi maliyyə qərarları vermək – hesabları idarə etmək və ya ev xərclərinə öz payını verməyi tələb edirlər.

Ketlin Harni Klontsun deyir ki, onun öz uşaqlarını maliyyə işlərinə cəlb edən xəstələri olmuşdur ki, bu da həmin uşaqlarda narahatçılıq və acizlik doğururdu. Xüsusilə də bu, boşanmış valideynlərdə müşahidə olur, – deyə o, dəqiqləşdirir. Məsələn, ana uşağına deyə bilər: “Bağışla, əzzim,  men sənin dişlərini müalicə etdirə bilmirəm, çünki atan bizə kifayət qədər pul vermir”.

Və ya ata: “Niyə bunu anandan xahiş etmirsən? Mən ona hər ay yaxşı pul verirəm”.

“Valideynlər öz emosional problemlərini həll etmək üçün uşaqlardan istifadə edirlər. Beləliklə, heç olmasa qısa müddətə stressdən yaxa qurtarırlar. Lakin bu, valideyn-uşaq münasibətlərində  özünü neqativ göstərə və gələcəkdə pulla sağlam qarşılıqlı münasibətə xələl gətirə bilər”, – deyə Harni xəbərdarlıq edir.

Klonts araşdırır ki, maliyyə investinin qurbanları həm kiçik yaşlı uşaqlar, həm də yeniyetmələr ola bilər. Əgər valideynlər uşaqlara həddən artıq çox informasiya verirlərsə, əvvəl uşaqlar fikirləşir ki, valideynləri onlara etibar edir. Lakin nəticədə onlar yenə narahatçılıq və çaşqınlıq hiss edirlər, belə ki, maliyyə problemlərinin həlli onların gücündə deyil.

Ən sərfəli kredit üçün müraciət et

Digər  psixoterapevtlər deyirlər ki, öz uşaqlarına nəzarət üçün maliyyədən istifadə edən valideynlər onlara böyük psixoloji zərər yetirmiş olur. Psixoloq və yazıçı  Qarri Baffon öz təcrübəsində elə valideynlərə rast gəlmişdir ki, onlar öz uşaqlarını müəyyən kollecə daxil olmaq və ya özlərindən yaxında yaşamağa məcbur etmək üçün pul alətindən istifadə etmişlər.

Baffon yazır: “Mənim varlı müştərim vardı və o, üç övladını şəxsi şirkətində işə götürmüşdü. Amma maaş almaq üçün onlar hər cümə günü atalarının yanına nahara gəlməli idi. Təsəvvür edin ki, bu, onun övladlarında necə neqativ və qəzəbli hisslər yaradırdı. Bundan başqa, pul haqqında da olduqca pis fikirlər doğururdu”.

Psixologiya professoru Rend Koncer öz tədqiqatlarında qeyd edirdi ki, bir qayda olaraq, uşaqlar pul və ya hər hansı maddi dəyərlərə malik olmamaları ilə asan barışırlar. Lakin valideynlərinin məhz pula görə bir-biri ilə dava etməsi onlarda böyük stress yaradır. Valideynlər yaxşısı budur özlərini ələ alıb uşaqlara nə baş verdiyindən baş çıxarmağa kömək etsinlər.

Koncer və digər mütəxəssislər valdeynlərə maliyyə krizisi zamanı özlərini ələ almaq üçün bir neçə məsləhət verir:

  • əgər siz övladınızla maliyyə barədə sərbəst danışa bilmirsizsə, bundan ötrü psixoterapevt və ya başqa mütəxəssislərin xidmətindən istifadə edin;
  • heç vaxt uşaqlara gizlində pul verməyin. “Al sene 10 dollar verirəm, amma heç kimə demə” təklifi uşaqda narahatlıq və inamsızlıq hissi yarada bilər;
  • maliyyə problemlərinizi uşaqlardan gizlətməyin, lakin ətraflı izahatlar da verməyin.  Qoy sizin uşaqlarla olan söhbətləriniz onları pulun necə işləməsi və vəsaitlə yaşamağın əhəmiyyətini öyrətsin;
  • kritik məqamlarda uşaqlarınıza kömək edin. Ailədə xərcləri azaltmaq barədə müzakirələriniz uşaq üçün sizi işdən sonra qucaqlamaq kimi adi olsun. Koncerin sözlərinə görə, böyük yaşlı uşaqlar və yeniyetmələr valideynlərinə kömək edəndə özlərini daha lazımlı hesab edirlər. Onlar işləyərək və ya ev işlərində kömək edirlər ki, valideynləri daha çox vaxt işə ayıra bilsin. Bu cür qarşılıqlı kömək ailəyə çətin vaxtları yaşamağa və gələcək üçün möhkəm fundament qoymağa da kömək edəcək.

gencaile.az