ABŞ-ın İndiana ştatında uşaq olan avtomobildə siqaret çəkənlər üçün 1000 dollar cərimə tətbiq olunacağı gözlənilir.
Bu təklifi senatorlar Eddi Melton və Cim Merrot verib. Bu cərimənin tətbiq olunmasının məqsədi uşaqların siqaret tüstüsü ilə zəhərlənməsinin qarşısını almaqdır.
İl ərzində 3 dəfə bu qaydanı poznlar 10 000 dollar dəyərində cərimə ödəməli olacaqlar. Qeyd edək ki, digər ştatların bəzilərində bu kimi cəza növləri artıq tətbiq olunmaqdadır.
Ted.az