Məlumdur ki, banklar müxtəlif şərtlərlə əmanətlər təklif edir. Bu əmanətlərdən biri də uşaq əmanətidir. Hər bir əmanət sonda sahibinə əlavə faiz qazandırsa da, bu növ əmanət digər əmanətlərdən fərqlənir. Digər növ əmanətlər hesab şəxsin özünə məxsus olur. Ancaq bu əmanətdə hesab 3-cü şəxsin hesabına aşılır. Daha aydın desək, əmanət hesabı valideyn və ya qəyyum tərəfindən övladın adına açılır. Bu hesabı açmaq üçün isə valideynin şəxsiyyət vəsiqəsilə uşağın doğum şəhadətnaməsi lazımdır.
Bəs hansı banklarda uşaqlarınız üçün əmanət qoya bilərsiniz?
Bu əmanəti yerləşdirəcəyiniz banklar və onların şərtləri barədə ətraflı məlumat ilə Banco.az-ın hazırladığı cədvəldən tanış ola bilərsiniz.
İnfoqrafik: Tahir Əsgərli
Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Noyabr 2019
Həmçinin bax: Dollar əmanəti ən sərfəli olan banklar - Noyabr 2019
Həmçinin bax: 2 illik manat əmanəti ən sərfəli olan banklar - Noyabr
Banklar |
Əmanətin müddəti | AZN illik faiz |
USD illik faiz |
Turan Bank |
3-18 il | 11 | 2 |
NBC Bank |
1-18 il | 10 | 2,25 |
AG Bank |
2-18 il | 8 | 2,5 |
Xalq Bank |
1-18 il | 6 | 1 |
Rabitəbank |
1-18 il | 5 | 0,5 |
Tərlan Qəhrəmanova, Banco.az