USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir | Banco.az

USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir

USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir.

Bu barədə USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycan missiyasının direktoru Maykl Nirbas deyib.

Onun sözlərinə görə, bu istiqamətdə kənd təsərrüfatı və aqroturizm olmaqla iki prioritet istiqamət seçilib.

"Bu sektorlar qısamüddətli perspektiv baxımından böyük iqtisadi potensiala malikdir. USAID kənd təsərrüfatı sahəsində böyük iş təcrübəsinə malikdir, biz xüsusən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı sahəsində kiçik sahibkarlar üçün təlim və seminarlar keçiririk. İstehsal və ixracı artıq formalaşmış orta biznes subyektləri üçün biz yeni bazarlara, xüsusən Avropa, Yaxn və Uzaq Şərq bazarlarına çıxış sahəsində dəstək göstəririk, xarici bazarlardan və iştirakçılardan asılılığı aradan qaldırmağa yardım göstəririk. Həmçinin malların standartlaşdırılması, istehsal və ixrac olunan məhsulların beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində onlarla çalışırıq. USAID KOB subyektlərinə və Azərbaycan hökumətinə texniki və maliyyə dəstəyi göstərir", - o deyib.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et