Uorren Buffet 5 yapon şirkətindəki payını artırıb | Banco.az

Uorren Buffet 5 yapon şirkətindəki payını artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Berkshire Hathaway”in törəmə şirkəti olan “National Indemnity Company” beş yapon ticarət firmasındakı payını orta hesabla 8,5%-dən çox artırıb.

Banco.az xəbər verir ki, şirkət bu barədə həftənin əvvəli rəsmi bəyanat verib.

Bəyanatda bildirilir ki, bu səhmlərin ümumi dəyəri “Berkshire”in ABŞ-dan kənar hər hansı bir ölkədəki səhmlərinin ümumi dəyərindən çoxdur.

Sözügedən şirkətlər isə bunlardır:

  • Itochu Corp.
  • Marubeni Corp.
  • Mitsubishi Corp.
  • Mitsui & Co Ltd və
  • Sumitomo Corp

Qeyd edək ki, “Berkshire Hathaway” Yaponiyadakı sərmayələrini uzun müddət saxlamaq niyyətində olduğunu da vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram