Bəzi insanlar az miqdarda investisiya qoysalar da, davamlı olaraq qrafik çəkir, təhlillər aparırlar. Bu işdə təəccüblü heç nə yoxdur, çünki qoyduğunuz sərmayəni müşahidə etmək lazımdır. Lakin bəzi nüfuz sahibləri sərmayə qoyduqdan sonra ona müdaxilə etməməyin lazım olduğunu bildirir. Etibar etdiyimiz hər hansı kriptovalyutanı nəyin bahasına olursa olsun, saxlamağa “hodl” deyilir.
Ancaq həmçinin 3-cü qrupa daxil olan insanlar da var. Onlar xüsusilə Bitcoin ilə 4-5 il əvvəl alış-veriş edən və Bitcoin-ləri olan şəxslərdir. Bəziləri öz pullarını unudur, digərləri isə varlı olduğu üçün qoyduğu investisiya ilə bir o qədər maraqlanmır. Sözügedən bu qrupun əsas üzvlərindən biri tanınmış reper “50 Cent”-dir.
ABŞ-ın tabloid mətbuatında yer alan xəbərə görə, “50 Cent” öz gəlirlərindən savayı 8.5 milyon dollar dəyərində Bitcoin-ə sahibdir. “Animal Ambition” adlı albomunu 2014-cü ildə Bitcoin ilə internet vasitəsilə satışa çıxaran “50 Cent”-in pərəstişkarları bu albomu ala bilmək üçün ümumilikdə 700 BTC dəyərində ödəmə etmişdi. Həmin vat təxxminən 400 min dollar edən pul hazırda 8.5 milyon dollara bərabərdir. “50 Cent” bu pulu uzun müddət unutduğunu bildirərkən bəziləri bunun tarixin ən qəribə hodl-u olduğunu qeyd edib.
Şəxsi hesabında yazdığı “tweet”-də “sizi çox qısqandırdığımı bilirəm, ancaq məni bağışlayın, Bitcoin-ləri çantama atıram”, – deyə bildirən “50 Cent” hadisəni heyranları ilə belə bölüşüb.
Məşhur reperin 2014-cü ildə çıxardığı “Animal Ambition” adlı albomda sürpriz bir şəkildə “Bit Pay” ilə razılaşdığı və “Shopify store” vasitəsilə albomun Bitcoin ödənilərək satın alındığı vurğulanıb. Həmin vaxxt Bitcoin 600 dollar civarında əməliyyat həyata keçirərkən “50 Cent”-in pərəstişkarları reperin albomunu ala bilmək üçün ümumilikdə 700 Bitcoin dəyərində əməliyyat reallaşdırmışdı. Bu Bitcoin-lər davam edəb yüksəlişlə 20 dəfə dəyər qazandı.
Hodl kimi hodl!
Xəbər sosial mediada böyük maraqla qarşılandı. Bir çox “Twitter” və “Instagram” istifadəçisi “50 Cent”-in bu gəliri qarşısında təəccübünü gizlətmədi.
Əgər albom satışlarında qazanıldığı iddia edilən Bitcoin rəqəmləri doğrudursa, bunun həqiqətən böyük uğur olduğunu söyləmək olar. Ancaq son dövrlər musiqi bazarında oxşar tendensiyaların yaşandığını deyə bilərik.
Bir çox musiqi şirkəti albom satışlarında Bitcoin istifadə olunması kimi qısamüddətli həllərdən fərqli olaraq, uzunmüddətli bazarda inqilab edə biləcək sistem üzərində işləyir. Bunun ən vacibi Blockchain fəlsəfəsini musiqi bazarına inteqrasiya edərək monopolizə olunmuş şirkətlərin əvəzinə güclü sənətçilərə geri qaytarmaqdır.
Bu hadisədən sonra “50 Cent”-in Bitcoin-ləri pula çevirib-çevirməyəcəyi məlum deyil.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.