Universitetlərdə “StartUp School” layihəsinin təqdimatına başlanıb | Banco.az

Universitetlərdə “StartUp School” layihəsinin təqdimatına başlanıb

Enterprise Azerbaijan portalının Amerika Birləşmiş Ştatlarının Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində yaradılan “StartUp School” layihəsinin universitetlərdə təqdimatlarına start verilib. Bununla bağlı ilk görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib.

Enterprise Azerbaijan portalının rəhbəri  Mətanət Musayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun İT və İnnovasiya üzrə müşaviri Rasim Abdullayevin, “Eazi Start” Startap və İnniovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılovun, mentorların, startapların və tələbələrin qatıldığı görüşdə “enterpriseazerbaijan.gov.az”-ın gördüyü işlər, gələcək fəaliyyət və rezidentlər haqqında ətraflı məlumat verib.

Daha sonra mentor Habil Əhmədov “Startapların inkişaf istiqamətləri” mövzusunda təlim keçib, layihə meneceri Nəzrin Əkbərova isə “StartUp School”  haqqında tələbələrə geniş informasiya çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Sonda tələbələrin və müəllim heyətinin sualları cavablandırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et