“Union Leasing” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu barədə Şirkətdən bildirilib.
Məlumata görə, söhbət Eldar Axundovdan gedir. O, yeni vəzifəsində Elşən Bağırovu əvəz edib.
Xatırladaq ki, "Union Leasing" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 min manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.
Mənbə: Report.az