"UniCredit"in rəhbərinin 2024-cü ildəki mükafatı üçdə bir artıb | Banco.az

"UniCredit"in rəhbərinin 2024-cü ildəki mükafatı üçdə bir artıb

Müəllif - Eldar Kərimov - Banco.az

İtaliyanın ən böyük bankı "UniCredit" 2024-cü ildə baş icraçı direktoru Andrea Orçelin mükafatını üçdə bir artırıb.

Bankın bildirdiyinə görə, Orçel 2024-cü il üçün ümumi olaraq 13,2 milyon avro mükafat alacaq ki, bu da 2023-cü ildəki təxminən 10 milyon avrodan xeyli çoxdur.

"UniCredit" keçən il üçün işçilərə bonuslar üçün 624 milyon avro ayıracaq; bu, əvvəlki illə müqayisədə 13% artımdır.

Ötən il bankın kapitallaşması bir yarım dəfədən çox artıb. Orçelin təxminən dörd il əvvəl "UniCredit"in rəhbərliyinə gəldiyi dövrdən bəri isə kredit təşkilatının bazar dəyəri təqribən 6 dəfə yüksələrək 74,6 milyard avroya çatıb.