Unicapital səhmdarlarına 1,1 milyon manatdan çox dividend ödəyib | Banco.az

Unicapital səhmdarlarına 1,1 milyon manatdan çox dividend ödəyib

“Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 1 120 000 AZN dividend ödəyib. Dividend ödənişi barədə qərar “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının iyunun 25-də keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Şirkətin Bakı Fond Birjasında ticarət olunan səhmlərin sayı 100 000 ədəddir. Nominal qiyməti 3 AZN olan hər bir səhminə ödənilmiş dividend məbləği 11.12 AZN təşkil edib.

Şirkət son illər ərzində investisiya bazarında tətbiq etdiyi strategiyasını dəyişdirib və Şirkətin 2020-ci ildə təyin etdiyi yeni strategiya artıq öz nəticəsini verib. “Unicapital”ın uğurlu fəaliyyəti nüfuzlu dünya nəşrlərinin də diqqətini çəkib. Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına əsasən, “Unicapital” “Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020” və “Azərbaycanda Ən Yaxşı Broker Xidmətinin Təşkili- 2020” mükafatlarına layiq görülüb.

“Unicapital” 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan Şirkətdir. Nizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yə məxsus olan Şirkət, ötən ili  520 000 AZN xalis mənfəətlə başa vurub. 2020-ci ilin sonuna  "Unicapital"ın aktivləri 13 milyon 39 min AZN təşkil edib ki, bu da, 2019-cu ilə nisbətən iki dəfədən çox artım deməkdir.

“Unicapital”ın əsas məqsədlərindən biri daim innovativ və peşəkar yanaşma ilə müştərilərinə xidmət göstərməkdir.

Xidmətlərə gəldikdə isə Şirkət  müştəriləri üçün qlobal və yerli maliyyə bazarlarına açılan körpü rolunu oynayır. “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir. Həmçinin, Şirkət yeni başlayan investorlar üçün ödənişsiz təlimlər və konsultasiyalar təşkil edir. Yatırım və gəlir imkanları ilə bağlı lazımi məlumatlar Şirkətin yenilənmiş https://unicapital.az/  rəsmi internet səhifəsində yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

“Unicapital İnvestisiya Şirkəti” hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir və Birjanın standart listinqinə daxildir. Bu isə şəffaflığının və listinq qaydalarına uyğunluğunun birbaşa göstəricisidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et