"Unicapital" maliyyə bazarlarının həftəlik analitikasını təqdim edir! | Banco.az

"Unicapital" maliyyə bazarlarının həftəlik analitikasını təqdim edir!

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

Daxili bazar

  • 16 dekabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı bu ilin son iclasını keçirdi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılmış, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
  • Faiz artımı qərarına əsas səbəb olan amil inflyasiyanın yüksək olaraq qalmasıdır. Qeyd edək ki, Azərbaycanda inflyasiya artaraq 13.7%-dən 13.8%-ə yüksəlmişdir. İdxal qiymətlərinin artım tempi 22% təşkil etmişdir. Ərzaq məhsullarında inflyasiya 20.8%, noyabrdan-noyabra ümumi bahalaşma isə 15,1% olub. AR Mərkəzi Bankının verdiyi məlumata əsasən inflyasiya əvvəlki ayda pik həddə (15.6%) çatmış və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyrimüəyyənliklər yüksək qalır.
  • Ötən həftə Azərbaycanda ÜDM artım məlumatı açıqlandı. 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə 121,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% çox ümumi daxili məhsul istehsal olunmuşdur. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 64,2 manata bərabər olmuşdur.
  • Ötən həftə AR Mərkəzi Bankının not hərraclarında gəlirliliklərdə əsaslı artım müşahidə edilmişdir. Belə ki, bundan öncəki hərraclarla müqayisədə orta ölçülmüş Əmtəə Bazarları Son Həftəlik↑↓ İlin əvvəli↑↓ Neft WTI 74,29 4,60% -2,35% Neft Brent 79,98 5,22% 2,02% Qızıl 1791,34 0,23% -0,56% Gümüs 23,14 -0,56% 1,05% Azərbaycana aid avrobondlar (Gəlirlilik) 2 illik vs 10 illik ABŞ xəzinə istiqrazları Gəlirlilik əyriləri (İnkişaf etmiş ölkələr) gəlirliliklər 3.78%-5.94% aralığından 4.12%-6.69% aralığına dəyişdi. 168 və 252 günlük not hərraclarında gəlirliliklər müvafiq olaraq, 5.28%-dən 6.14%-ə və 5.94%- dən 6.69%-ə yüksəldi.
  • Bu həftə AR Maliyyə Nazirliyi 200 milyon AZN həcmində 1 illik və 150 milyon AZN həcmində 3 illik istiqraz hərracı keçirəcək. Bu alətlərdə də faizlərin artımı ehtimal edilir.

Xarici bazar

Ən sərfəli kredit üçün müraciət et

  • Ötən həftə ABŞ-da inflyasiya gözləntilərdən aşağı, 7.1% açıqlandı. Ötən ay inflyasiya 7.7% olmuşdu və analitiklər bu göstəricinin 7.3%-ə azalacağını proqnoz etmişdilər. Ərzaq qiymətlərində artım olsa da, enerji qiymətlərindəki azalma inflyasiyaya azaldıcı təsir göstərib.
  • 14 dekabr tarixində ABŞ Federal Ehtiyatlar Sistemi faiz qərarını açıqladı. Azalan inflyasiya fonunda FES 0.75% artımlarını səngidərək bu dəfə faizləri 0.50% artırdı və faizlər 3.75%-4.00%-dən 4.25%-4.50%-ə yüksəldildi. Xatırladaq ki, FES ardıcıl 4 dəfə 0.75% faiz artımı etmişdi.
  • Avropa Mərkəzi Bankı da keçən həftə uçot faiz dərəcəsini 0.50% artırmaq barədə qərarını verdi, faizlər 2.00%-dən 2.50%-ə dəyişdirildi.
  • Avrozonada illik inflyasiya 0.1% artaraq 10.0%-dən 10.1%- ə çatıb. Bloomberg analitikləri Avrozonada inflyasiyanın dəyişməz olaraq, 10.0% qalacağını proqnoz etmişdilər.

Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et