"Unicapital" investisiya şirkəti yenə birinci olub | Banco.az

"Unicapital" investisiya şirkəti yenə birinci olub

“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, investisiya şirkətlərinin yanvar-iyul ayları üçün renkinqinə başçılıq edir.

Şirkətdən verilən məlumata görə, Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin bu dövrdə müştərilərə göstərdiyi xidmətinin həcmi 2 mlrd. 641 mln. 768,65 min manat olub. Bu xidmətin əsas hissəsi 1,3 milyard manata yaxını səhm əməliyyatları ilə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital İnvestisiya Şirkəti istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et