Unicapital Həftəlik Analitika | Banco.az

Unicapital Həftəlik Analitika

 "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir: 

Daxili bazar

  • Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. İnflyasiya göstəricisi olan istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 10.2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 11,4%, qeyri-ərzaq məhsulları üzrə 9,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,1% artıb.
  • Azərbaycanda iqtisadi artım tempi azalıb. Belə ki, Ümum Daxili Məhsul artımı 0.8%-dən 0.5%-ədək geriləyib.
  • 14 noyabr tarixində AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb təklifi 2.7 dəfədən çox üstələmiş, orta ölçülmüş gəlirlilik 8.02%, kəsmə gəlirlilik isə 8.20% olmuş, 90 milyon AZN yerləşdirilmişdir. Xatırladaq ki, oktyabr ayında 2 illik istiqrazların yerləşdirilməsi üzrə hərracda orta ölçülmüş və kəsmə gəlirlilklər, müvafiq olaraq, 8.22% və 8.40% olmuşdu.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Oktyabr ayında 80 milyon AZN həcmində 1 illik istiqraz hərracı 7.90% orta ölçülmüş və 8% kəsmə gəlirliliklə nəticələnmiş, 120 milyon AZN yerləşdirilmişdir.
  • AR Mərkəzi Bankının notlarının gəlirliklərində azalma müşahidə edilir. Ötən həftə 6 aylıq notlarda orta ölçülmüş gəlirlilik 7.68%, 9 aylıq notlarda isə 7.84% olmuşdur.

Qlobal bazar

Ən sərfəli kredit üçün müraciət et

  • Ötən həftə ABŞ-da inflyasiya məlumatı açıqlanıb. İstehlak qiymətləri indeksi azalaraq 3.7%-dən 3.2%-ə (illik əsasda) düşmüşdür. Analitiklərin gözləntisi illik inflyasiyanın 3.3% olacağı idi. Oktyabrda aylıq inflyasiya isə 0.0% olub (sentyabr ayı üzrə bu göstərici 0.4% idi).
  • Avrozonada ilkin hesablamalara görə cari ilin 3-cü rübünün sonuna illik iqtisadi artım gözləntilərə uyğun olaraq 0.1% olmuşdur.
  • Ötən həftə, həmçinin, Avrozonada oktyabr ayına olan yekun illik inflyasiya məlumatı açıqlanıb. İllik inflyasiya oktyabr ayında 2.9% olub.
  • 23 noyabr tarixində Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faizlərin artırılaraq 35%-dən 37.5%-ə dəyişdiriləcəyi proqnoz edilir.

Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et