Unicapital Həftəlik Analitika | Banco.az

Unicapital Həftəlik Analitika

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

Daxili bazar

  • Azərbaycanda növbəti dəfə deflyasiya baş vermiş, illik inflyasiya azalaraq avqust ayında 12.2%-dən 11.7%-ə düşmüşdür. Avqust ayında inflyasiya ərzaq məhsulları üzrə 13.4%, qeyri-ərzaq məhsulları üzrə 10.6%, əhaliyə göstərilmiş xidmətlər üzrə 10.2% olmuşdur.
  • Ötən həftə AR Maliyyə Nazirliyinin 70 milyon AZN həcmində 1 illik və 65 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hər 2 hərracda tələb təklifi 3 dəfədən çox üstələmiş, müvafiq olaraq, 105 milyon AZN ( 1 illik) və 97.5 milyon AZN (2 illik) vəsait yerləşdirilmişdir. 1 illik istiqrazlarda orta ölçülmüş gəlirlilik avqust ayına nəzərən 6.50%-dən 6.26%-ə, 2 illik istiqrazlarda isə 8.05%-dən 7.48%-ə düşmüşdür.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 80 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi nəzərdə tutulub. Avqust ayında 3 illik istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərracda orta ölçülmüş və kəsmə gəlirliliklər, müvafiq olaraq, 8.26% və 8.38% idi.
  • Ötən həftə AR Mərkəzi Bankının  1 aylıq not hərraclarında gəlirlilik 8.20%-dən 8.16%-ə, 3 aylıq notlarda 8.00%-dən 8.24%-ə, 6 aylıq notlarda 8.46%-dən 8.29%-ə, 9 aylıq notlarda isə 9.00%-dən 8.86%-ə dəyişmişdir.   7 günlük notlarda isə gəlirlilik 8.21%-dən 8.33%-ə yüksəlmişdir. Qeyd edək ki, AR Mərkəzi Bankının not hərraclarında yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər və 7 günlük notlarda digər notlardan fərqli olaraq qiymət limiti tətbiq olunur.

Qlobal bazar

  • 13 sentyabr tarixində ABŞ-da maliyyə bazarları üçün mühim məlumat olan inflyasiya məlumatı açıqlanacaq. Əsas inflyasiya göstəricisi olan istehlak qiymətləri indeksinin artaraq 3.2%-dən 3.6%-ə yüksələcəyi proqnoz edilir. Xatırladaq ki, deflyasiyanın ardından iyul ayında inflyasiya artaraq 3.0%-dən 3.2%-ə yüksəlmişdi. Hazırda artıma təsir edəcək əsas amillər enerji və ərzaq məhsulları qiymətləridir. Avqust ayı üçün enerji və ərzaq qiymətləri nəzərə alınmamaqla istehlak qiymətləri indeksinin 4.7%-dən 4.3%-ə düşəcəyi gözlənilir.
  • Avrozonada cari ilin 2-ci rübündə iqtisadi geriləmə müşahidə edilmişdir. Belə ki, rüblük əsasda ÜDM artımı 0.3%-dən 0.1%-ə (gözləntilər 0.3%), illik əsasda 0.6%-dən 0.5%-ə (gözlənti 0.6%) geriləmişdir.
  • 14 sentyabr tarixində Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini açıqlayacaq. Faizlərin dəyişdirilməyərək 4.25% həddində sabit saxlanılacağı proqnoz edilir. Xatırladaq ki, Avrozonada avqust ayında inflyasiya 5.3% idi.
  • Türkiyədə işsizlik dərəcəsi 9.6%-dən 9.4%-ə düşmüşdür.
  • Rusiyada keçən həftə açıqlanan məlumata əsasən inflyasiya 4.30%-dən 5.15%-ə yüksəlmişdir. Həmçinin, ÜDM artımı 4.9% olmuşdur.
  • 15 sentyabr tarixində Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Əsas faiz dərəcəsinin dəyişdirilməyərək 12.00% həddində sabit saxlanılacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et