"Unicapital" bazarların həftəlik analitikasını təqdim edir | Banco.az

"Unicapital" bazarların həftəlik analitikasını təqdim edir

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

Daxili bazar

• 20 dekabr tarixində AR Maliyyə Nazirliyinin 1 illik və 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərracı keçirilmişdir. Hərracda tələb 213.4 milyon AZN, yerləşdirilmiş həcm isə 200 milyon AZN olmuşdur. 1 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik artaraq 4.37%-dən 6.03%-ə, kəsmə gəlirlilik isə 4.50%-dən 7.25%-ə yüksəlmişdir. 3 illik istiqraz hərracında da gəlirlilik artmış, 6 dekabrdakı hərracla müqayisədə orta ölçülmüş gəlirlilik 7.56%-dən 8.82%-ə, kəsmə gəlirlilik isə 7.60%-dən 10%-ə qalxmışdır. Hərracda 150 milyon AZN yerləşdirilmişdir.

• Bu həftə də hər biri 150 milyon AZN olmaqla AR Maliyyə Nazirliyinin 1 illik və 2 illik istiqrazlarının yerləşdirilməsi üçün hərrac keçiriləcəkdir. Xatırladaq ki, noyabr ayında 2 illik istiqraz hərracı 5.95% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.

• AR Mərkəzi Bankının notlarının gəlirlilikləri də artmaqdadır. Belə ki, notlarda gəlirliliklər 4.12%- 6.69% aralığından 6.17%-8.44% aralığına çatmışdır. Ən çox artım 28 günlük notlarda qeydə alındı – 28 günlük notlarda gəlirlilik 4.12%-dən 6.17%-ə yüksəlmişdir.

 Xarici bazarlar

• Ötən həftə ABŞ-da ÜDM artım məlumatı açıqlandı. Bu göstərici bir çox analitiklərin gözləntisini üstələyərək 3.2% açıqlandı. Həm analitiklərin gözləntisi, həm də ötən aykı göstərici 2.9% idi.

Ən sərfəli kredit üçün müraciət et

• Bu həftə, 30 dekabrda Rusiyada inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər inflyasiyanın artaraq 12.50% olacağını proqnoz ediblər. Rusiyada inflyasiya ötən ay 12.63%-dən 11.98%-ə düşmüşdü.

• 22 dekabr tarixində Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb. TMB gözləntilərə uyğun olaraq faizləri sabit, 9% saxlayıb. Nəzərinizə çatdıraq ki, Türkiyədə inflyasiya azalaraq 85.51%-dən 84.39%-ə düşmüşdü.

Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et