“Unibank”ın törəmə şirkətinin rəhbəri dəyişib | Banco.az

“Unibank”ın törəmə şirkətinin rəhbəri dəyişib

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş meneceri Heydər İbrahimov öz istəyi ilə vəzifəsindən azad edilib.

Onu müvəqqəti olaraq şirkətin Marjinal ticarət departamentinin direktoru Nadir Babazadə əvəz edir.

Keçmiş baş menecer isə fəaliyyətini “İnvest-Az İnvestisiya Şirkəti” QSC-də direktor müavini kimi davam etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Şirkətin səhmdarı 100% “Unibank”dır. 

report.az