22 dekabr 2017-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC səhmləri üzrə BFB-də listinqə daxil edilmişdir:
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Emitent |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Q/k-ın ilkin ticarət qiyməti |
1 |
AZ1003002024 |
Adi, adlı, sənədsiz səhm |
"Unibank Kommersiya Bankı” ASC |
3 676 471 (ədəd) |
2.72 AZN |
Səhmlər üzrə abunə yazılışının bitməsi tarixi 22 dekabr 2017-ci ildir. İnvestorlarıın eləcə də emitentin Nizamnamə kapitalında payını artıracaq sayda səhmlər əldə etmək niyyətini bildirən səhmdarların sifarişləri təmin edilməsi tarixi 26 dekabr 2017-ci il tarixindən 29 dekabr 2017-ci il ( bu tarix daxil olmaqla) tarixinədək müəyyən edilmişdir.
Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin emitentlərin məlumat bazası bölməsində (www.bfb.az) yerləşdirilib.