“Unibank” ASC-nin səhmdarların illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq mayın 24-də baş tutacaq.
Yığıncaqda bankın 2017-ci il üzrə maliyyə hesabatlarının təsdiqi, investisiya qiymətli kağızlarının emitenti olaraq 2017-ci il üzrə illik hesabatının təsdiqi, idarəetmə orqanlarının üzvlərinin seçilməsi, Müşahidə Şurasının üzvlərinin dəyişilməsi və yenidən seçilməsi, Müşahidə Şurasının sədrinin və onun müavini təyin edilməsi, İdarə Heyətinin üzvünün seçilməsi və İdarə Heyətinin sədrinin təyin edilməsi, Audit Komitəsinin üzvlərinin seçilməsi və Audit Komitəsinin sədrinin təyin edilməsi, 2018-ci il üzrə bankın kənar auditorların təyin edilməsi, xüsusi əhəmiyyətli əqdlərin təsdiq edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Apa.az