Unibank törəmə şirkəti Unicapitala 2 milyard manat limit ayırıb | Banco.az

Unibank törəmə şirkəti Unicapitala 2 milyard manat limit ayırıb

Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” ASC, müştəri məmnuniyyətini artırmaq məqsədi ilə hər il olduğu kimi bu il də növbəti strateji addımlar atır. İnvestisiya Şirkətinin səhmdarı, “Unicapital İnvestisiya Şirkəti” ASC-yə 2022-ci ilin sonunadək bütün növ qiymətli kağızların və  bütün növ törəmə maliyyə alətlərinin öz vəsaiti hesabına alışı və satışı, öz vəsaiti hesabına repo və əks-repo əməliyyatlarının aparılması, tələblərin güzəşt edilməsi və tələbin alınması və digər işlər üçün xüsusi əhəmiyyətli əqdlərin bağlanmasına 2 000 000 000 (iki milyard) manat məbləğində limit ayrılması barədə qərar verib.

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin idarəetmə orqanının rəhbəri Tahir Qəribov bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən açıq səhmdar cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat cəmiyyətə açıqlanır. Bunları nəzərə alaraq, səhmdarlar tərəfindən “Unicapital İnvestisiya Şirkəti” ASC-yə 2022-ci ilin sonunadək investisiya xüsusi əhəmiyyətli əqdlərin bağlanmasına 2 milyard manat məbləğində limit ayrılıb: “Öz strategiyasına əsasən, Cəmiyyətin yeganə səmdarı olan “Unibank KB” ASC Azərbaycanın qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etməyi hədəfləyir. Bu əsas üzrə hesab edirik ki, “Unicapital İnvestisiya Cəmiyyəti” ASC-nin qiymətli kağızlar bazarında fəallığını bir qədər də artırması, bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”.

Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında əmin addımlarla öz hədəflərinə doğru irəliləməkdədir. 2007-ci ildən bəri iştirakçısı olduğu qiymətli kağızlar bazarında böyük təcrübəyə malik olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan Şirkət, yerli və xarici bazarlarda əsas və yardımçı investisiya xidmətləri göstərir.

Ən sərfəli kredit üçün müraciət et

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya bazarında məqsədi hər zaman göstərdiyi xidmətlər üzrə ölkəmizdə aparıcı şirkət, etibarlı tərəfdaş olmaqdan ibarətdir. İl üzrə qarşıya qoyulmuş əsas məqsədlərdən biri də qanunvericiliyə edilmiş son dəyişikliklərin fonunda məsəfədən və elektron investisiya imkanlarının yaradılması və müştərilərin istifadəsinə təqdim edilməsidir. Bazarda digər investisiya şirkətlərindən hər zaman öz innovativliyi və yenilikləri ilə fərqlənən Unicapital yeni maliyyə ilində də yeni layihələr və investisiya məhsulları ilə öz müştərilərini sevindirəcək.

İnvestisiya şirkəti hüquqi və fiziki şəxsləri də əhatə etməklə, böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et