“Unibank”ın kiçik sahibkarlığın inkişafına hədəflənən mikro kredit kampaniyası davam edir. Fevralın 28-dək qüvvədə olan kampaniya, sahibkarlara bizneslərinin ehtiyaclarına uyğun seçim imkanları yaradır.
Kampaniyanın şərtləri sahibkara həm faiz yükünü, həm də komissiya xərclərini azaltmaq imkanı verir. Seçimlər içərisində 0 % komissiyadan, kreditin illik faiz dərəcəsinə 5 %-dək endirimlər mövcuddur. Kampaniya 50 000 AZN-dək girovsuz mikro kreditləri əhatə edir.
2026-cı ildə biznesini daha da böyütmək istəyən mikro sahibkarlar bu fürsətdən faydalana bilərlər.
Sahibkarlar “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Şirvan”, “Salyan”, “Beyləqan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Unibank – Sənin Bankın!
