Unibankın xalis mənfəəti (vergidən sonrakı) 58,3% artmışdır. Bu haqda bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir.
Unibank 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb. Ötən 1 il ərzində Bankın məcmu kapitalı 25% artaraq, 131,239 milyon manata yüksəlib. Bankın aktivlərinin həcmi isə, ümumilikdə, 14,2% artıb və beləliklə hazırda 844,019 milyon manat təşkil edir.
2013-cü illə müqayisədə Bankın overdraflar da daxil olmaqla cəmi kredit portfeli 19%, xalis kredit porfeli isə 15,3% artmışdır. Depozit portfelində artım 13,2 faiz olmuşdur.
Başa çatmış il ərzində bankın faiz gəlirləri 37,6%, qeyri-faiz gəlirləri isə 36,3% yüksəlib. Bankın faiz xərcləri 17% artdığı halda, qeyri-faiz xərcləri 48,8% artıb.
Beləliklə, bankın vergidən öncəki mənfəəti 48,54 milyon manat, vergi ödəndikdən sonrakı mənfəəti isə 38,98 milyon manat olmuşdur.
Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz.
Unibank- 2014 |Create infographics