"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub | Banco.az

"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub

Unibank özünüməşğulluq layihəsində qazilərimiz də daxil olmaqla, daha bir neçə vətəndaşımıza dəstək göstərib.

Layihə çərçivəsində bank tərəfindən Bakı, Abşeron, Xaçmaz və Bərdədə yaşayan həssas əhali qruplarına şəxsi bizneslərini qurmaq üçün avadanlıqlar təqdim olunub.

Qeyd edək ki, Unibank 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.

Unibank- Sənin Bankın!

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et