Unibank-ın nizamnaməsinə dəyişiklik ediləcək | Banco.az

Unibank-ın nizamnaməsinə dəyişiklik ediləcək

Fevralın 22-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Unibank”ın nizamnaməsinə dəyişiklik edilməsi, bankın 2017-ci il üzrə auditinin keçirilməsi üçün Xaləddin Cəlal oğlu Əliyevin kənar auditor təyin olunması, xüsusi əhəmiyyətli əqdlər haqqında məsələlər daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Unibank” "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125 686 355,68 manatdır. Bankın səhmlərinin 54,3%-i Almaniyanın İnvestisiya və İnkişaf Korporasiyasının (DEG), eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının daxil olduğu xarici fiziki və hüquqi şəxslər qrupuna, 45,7%-i isə Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribovun, MŞ-nın üzvü Emin Quliyevin və İdarə Heyətinin sədri Faiq Hüseynovun daxil olduğu yerli fiziki şəxslər qrupuna məxsusdur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et