Unibank müştəriləri 2022-ci ildə 4,5 milyon manat keşbek qazanıb | Banco.az

Unibank müştəriləri 2022-ci ildə 4,5 milyon manat keşbek qazanıb

Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank kartları yüksək keşbek qazandıran kart məhsulları sırasındadır. Təkcə ötən il ərzində bankın müştəriləri Unibank kartları ilə etdikləri alış-veriş zamanı ümumilikdə  4,5 milyon manat keşbek qazanıblar. 2022-ci il ərzində keşbek qazanan müştəri sayı 66% artıb.

Nəticələrin təhlili göstərir ki, Unibank müştərilərinin 80%-ə yaxını marketlərdə ödəniş edir. Unibank kartları marketlərdə Apple Pay və Google Pay ödənişlərində 5% keşbek qazandırır.  30 yaşadək gənc müştərilərin Unibank kartını ən çox istifadə etdiyi istiqamət isə kafe-restoranlardır. Unibank kartı kafe-restoranlarda da 5% keşbek qazandırır. Unibank müştərisinin keşbek qazanması üçün istiqamət seçməsinə ehtiyac qalmır. Çünki Unibank kartı ilə marketlər, kafe-restoranlar və yanacaqdoldurma məntəqələrində ödəniş zamanı kart sahibi yüksək keşbek qazanmaq imkanı əldə edir.

Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində UCard ilə alış- veriş edərkən və xidmətlərdən istifadə zamanı xərclənən vəsaitdən keşbek qazana bilərsiniz.

UCard sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət kateqoriyaları:

-Dünyanın bütün marketlərində və onlayn marketlərdə - 5%;

-Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində - 5 %;

Ən sərfəli kredit üçün müraciət et

-Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də daxil olmaqla – 5%

Keşbek şərtləri və partnyorların siyahısı ilə daha ətraflı https://unibank.az/az/cards/cashback səhifəsindən məlumat almaq mümkündür. Partnyor və qeyri-partnyor siyahısında istənilən sektordan tərəfdaş tapmaq olar.

Unibank- Sənin Bankın!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram