Unibank Mobile - İlin mobil tətbiqi mükafatına layiq görülüb | Banco.az

Unibank Mobile - İlin mobil tətbiqi mükafatına layiq görülüb

Banco.az saytı 2018-ci ilin nəticələrinə görə, “İlin Ən Yaxşıları”nın seçimini yekunlaşdırdı. 11 nominasiya üzrə səs verən iştirakçılar bank və maliyyə sahəsində bəyəndikləri namizədi qalib etməyə çalışdı. Bir ay ərzində davam edən, ümumilikdə 10 mindən çox insanın iştirak etdiyi səsvermədə Unibank Mobile da fərqləndi.

Müasir dövrdə həyatı telefonsuz təsəvvür etmək olmaz. Bank əməliyyatları da son illər istifadəçilərə evdən və ya ofisdən ayrılmadan bank əməliyyatlarını mobil telefonla aparmağa imkan verir. Ən innovativ mobil bank tətbiqi üzrə “İlin mobil tətbiqi” nominasiyasında Unibank Mobile qalib oldu. 

Unibank Mobile Azərbaycanda rəqəmsal bank sahəsində sıçrayış yaradan proqramdır. İstifadəçi sayı artıq 450000-i ötüb. 3 il müddətində Unibank Mobile digər bank kartlarının əlavə edilməsini dəstəkləyən proqramı, ölkə sərhədlərindən kənarına çıxara bildi. Bu gün Unibank Mobile istifadəçisi 30-dan çox ölkəyə pul köçürə, hesablarını onlayn şəkildə nəzarətdə saxlaya, bütün kommunal ödənişlərini ödəyə bilər. Bunun müqabilində Bank müştəriyə də öz tərəfindən müxtəlif hədiyyələr verir. Android və iOS sistemləri üzərində işləyən proqram müştəriyə bankda gəlmədən bütün Bank xidmətlərindən istifadə etmək imkanı yaradır, çünki UM Bankı telefonunuza köçürüb!

Ən sərfəli kredit üçün müraciət et

Mükafatı Banco.az portalının rəhbəri Fərid İslamov Unibank-ın Baş digital inzibatçısı Səttar Kazımova təqdim edib.  

Banco.az saytı olaraq Unibankı təbrik edir, maliyyə bazarında əldə etdiyi layiqli nüfuzu davam və inkişaf etdirməsini arzulayırıq.

Ən sərfəli krediti almaq üçün müraciət et