“Unibank Kommersiya Bankı” ASC Bakı Fond Birjasının (BFB) “Listinq Məsləhət Proqramı” (LAP) üzrə növbəti mərhələsinə start vermişdir. Beləki, Proqram çərçivəsində “Unibank Kommersiya Bankı” ASC BFB-də Listinqə qəbul üçün müraciət etmişdir. “Unibank Kommersiya Bankı” ASC-nin müraciəti üzrə BFB-də Listinq prosesi başladılmışdır. Qeyd etmək istərdik ki, Listinq prosesi sona çatdırıldıqdan sonra Emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsi vasitəsilə paylaşılacaqdır.
Nəzərinizə çatdırmaq istərdik ki, yerləşdiriləcək istiqrazların sayı 1 000(bir min) ədəd, nominal dəyəri 10 000 (on min) USD, istiqraz üzrə illik gəlirliyi 6 % nəzərdə tutulur. İstiqrazlar üzrə faizlər İstiqrazın nominal dəyərindən hesablanır və istiqrazların tədavül müddəti ərzində ardıcıl olaraq 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir.
BFB-nin təşkil etdiyi “Listinq Məsləhət Proqramı” şirkətlərə Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqi məqsədi daşıyır.
“Unibank Kommersiya Bankı” ASC LAP-yə 26 oktyabr 2017-ci il tarixində qoşulmuşdur.