Unibank-ın kredit və depozit portfeli böyüyüb | Banco.az

Unibank-ın kredit və depozit portfeli böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Unibank" cari ilin II rübünü yüksək nəticələrlə başa vurub. Belə ki, bu ilin yanvar-iyun aylarında Bankın xalis mənfəəti 11 milyon 493 min manat olub. Bu, illik müqayisədə 25% çoxdur. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivləri də 92 milyon 514 min manat (5,8%) artaraq 1 milyard 683 milyon manata çatıb.

Bankın artıq milyardı ötən kredit portfeli bu dövr ərzində bir qədər də artaraq 1 milyard 96 milyon manata çatıb. Bu isə cari ilin əvvəli ilə  müqayisədə 49 milyon 213 min manat (4,7%) artım deməkdir.

6 ayın (yanvar-iyun ayları) nəticələrinə görə, Bankın depozit portfeli 2023-cü ilin sonu ilə müqayisədə 28 milyon 795 min manat və ya 2,4% artaraq 1 milyard 244  milyon manatı ötüb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram