Unibank-ın depozit portfeli artıb - MALİYYƏ NƏTİCƏLƏRİ | Banco.az

Unibank-ın depozit portfeli artıb - MALİYYƏ NƏTİCƏLƏRİ

Unibank ASC 2017-ci ilin 3-cü rübünə maliyyə nəticələrini açıqlayıb.

Sözügedən dövrdə bankın cəmi aktivlərinin həcmi 604,823 mln. manat, öhdəliklərinin həcmi isə 561,833 mln. manata təşkil edib.

Kredit portfelinin həcmi hesabat dövründə 280,613 mln. manata bərabər olub. Hesabat dövründə kreditlərin 60%-i və ya 168,368 mln. manatı fiziki şəxslərə verilib.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabr ayının 1-nə bankın depozit portfelinin həcmi 2,8% artaraq 377,262 mln. manata çatıb.

Hesabat dövründə bankın gəlirləri 49,18% artaraq 59,330 mln. manata, xərcləri isə 2,57 dəfə artaraq 55,709 mln. manata yüksəlib. Bu ilin 9 ayında bank 14,376 mln. manat ehtiyatlar üzrə ayırmalara yönəldilib.  

Unibank ilin ilk 9 ayını  10,755 mln. manat məbləğində zərərlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et