Unibank-dan silahlı hücumla bağlı açıqlama! | Banco.az

Unibank-dan silahlı hücumla bağlı açıqlama!

Unibank-ın məlumatını diqqətinizə çatdırırıq.

Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həşimov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Silahlı hücum nəticəsində ağır yaralanan Unibankın əməkdaşı, kassir-inkassator Şaydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şaydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müalicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et