Unibank daha bir yenilik etdi | Banco.az

Unibank daha bir yenilik etdi

Daim öz əməkdaşlarının inkişafına çalışan Unibank, bu istiqamətdə daha bir yenilik edib.

Bank, əməkdaşlarının bilik səviyyəsini “Gamefication” vasitəsi ilə inkişaf etdirir. Bank işçilərinin bilik səviyyəsinin inkişafı və artırılması məqsədini daşıyan bu yenilik, Bankın Təlim və İnkişaf  Mərkəzi tərəfindən aparılır. Dünyada müxtəlif nüfuzlu şirkətlər tərəfindən tətbiq edilən bu yeni korporativ təlim təcrübəsi, şirkətlərin maliyyə, müştəri məmnunluğu və digər göstəricilərinə müsbət təsir edir.  “Gamefication”-ın əsas üstünlüklərindən biri, Bankdaxili qayda, prosedur, tənzimləyici orqanların təlimatları, Bankın məhsul və xidmətləri üzrə məlumatlarını məhz oyun formatında öyrənmək və oyun zamanı səhvlərin aradan qaldırılması imkanının olmasıdır. Bu format əməkdaşlar üçün adi və yorucu təlim proqramlarından daha şən və komanda ab-havasında aparılır. “Gamefication”-nın ilk formatı test rejimində Müştəri xidməti üzrə çalışan əməkdaşlarla aparılır, daha sonra isə bankın digər strukturlarına da şamil olunacaq. Gələcəkdə “Gamefication”-nın onlayn kompüter oyunları vasitəsilə də aparılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Unibank-hər kəsin bankı!