Bu gün Unibank Facebook sosial şəbəkəsində etdiyi paylaşımla diqqət çəkə bildi. Belə ki, "Tezliklə, bank cibinizdə!" açıqlaması ilə edilən paylaşım ağıllara "Mobil Banking" xidmətini gətirdi.
"Mobil Banking"- heç bir yerə getmədən bir çox əməliyyatları mobil telefon vasitəsi ilə həyata keçirə bilmə rahatlığını təmin edən bir sistemdir.
"Mobil bankinq" vasitəsilə siz pulunuzu kartdan karta köçürə, itmə və ya oğurlanma hadisəsi zamanı kartın bloklaya, hesabdan çıxarış ala, kart balansınızı yoxlaya, kommunal xərcləri ödəyə və s. bir çox bank xidmətini evdən çıxmadan istifadə edə bilərsiniz.
Bir sözlə olduqca lazımlı və istifadəyə yararlı bir xidmətdir.
Ümidvarıq edilən paylaşım həqiqətən "Mobil Banking"ə işarədir. Sizə sözügedən həmin paylaşımı təqdim edirik:
Qeyd edək ki,“Unibank” Azərbaycan bank sektorunun lider banklarından biridir.