Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 27 dekabr 2002-ci il tarixində Bank adını "UNİBANK Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti adı ilə əvəz edib.
Lakin bank öz yaranma tarixini 1992-ci ildən - 27 iyul 1992-ci il tarixində "MBANK" Kommersiya Bankı təsisçilərinin qərarı ilə Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrildiyi gündən hesablayır.
İlk Beynəlxalq reytinq
2007-ci ilin iyul ayında Unibank özünün ilk beynəlxalq reytinqini aldı. Moody’s Investor Service reytinq agentliyi Banka “müsbət” B2 reytinqi verdi.
Unibank bu gün
2012-ci ildən etibarən Bank yeni strategiya qəbul edərək riteyl sektora doğru genişlənməyə başladı və bu strategiya getdikcə özünü daha çox bankın məhsullarında, marketinq, reklam və PR kampaniyalarında əks etdirməyə başladı.
23 yaşlı Unibank bugün öz ad gününü qeyd edir. Azərbaycan bank sektoruna Unibank brendinin daxil olmasından bu gün 13 il keçir. Ölkəmizin ilk kommersiya banklarından olan Unibank artıq 23 ildir ki, ölkə vətəndaşlarının xidmətindədir.
Biz də Banco.az olaraq, Unibankı əlamətdar gün münasibətilə təbrik edirik. Yeni xidmət və məhsullarla daim müştərilərini sevindirməyi arzu edirik.