“Unibank” 2017-ci ilin ilk maliyyə nəticələrini açıqladı | Banco.az

“Unibank” 2017-ci ilin ilk maliyyə nəticələrini açıqladı

“Unibank ASC”nin 31 mart 2017-ci il tarixinə maliyyə nəticələri məlum olub.

Bank faiz əməliyyatları üzrə 17 milyon 751 min manat gəlir, qeyri-faiz əməliyyatlrı üzrə isə 3 milyon 451 min manat zərər edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 3 milyon 563 min manat əməliyyat zərəri yaranıb. Ehtiyatlardan azad edilmiş 3 milyon 230 min manat hesabına bankın zərəri 334 min manatadək azalıb.

Qeyd edək ki, 2015 və 2016-cı illərdə Unibank ödəmə vaxtı keçən kreditlərə görə gəlirinin böyük hissəsini ehtiyata yönəldirdi. Bu səbəbdən Bank ötən iki ildə zərər açıqlamışdı.

2016-cı ilin birinci rübündə Bankın ehtiyatlara ayırması 36 milyon 639 min manat, yekun zərəri isə 20 milyon 144 min manat təşkil etmişdi. Bu ilin birinci rübündə Bankın ehtiyatları artırması əvəzinə azaltaması və zərərinin də 60 dəfə azalması bankda vəziyyətin sabitləşdiyinə işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Unibank 2015-ci ili ehtiyatlara 113 milyon 172 min manat ayırdığından həmən ili 27 milyon 690 min manat, 2016-cı ili isə ehtiyata 102 milyon 634 min manat ayırdığından ötən ili 31 milyon 300 min manat zərər ilə başa vurmuşdu.

2016-ci ilin 1-ci rübündə Unibankın cəmi gəlirləri 40 milyon 102 min manat (37 milyon 92 min faiz, 3 milyon 10 min qeyri -faiz), 2016-cı ildə isə 164 milyon 443 min manat (o cümlədən faiz gəlirləri 122 milyon 14 min manat, qeyri-faiz gəlirləri 41 milyon 429 min manat) təşkil etmişdi.

31 Mart 2017-ci il tarixinə Unibank 702 milyon 406 min manat cəmi aktivlərə, 634 milyon 623 min manat cəmi öhdəliklərə və 72 milyon 169 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 716 milyon 522 min manat cəmi aktivlərə, 650 min manat cəmi öhdəliklərə malik idi.

Ən sərfəli krediti almaq üçün müraciət et