"Unibank" 2016-cı ilin yekun göstəricilərini açıqladı | Banco.az

"Unibank" 2016-cı ilin yekun göstəricilərini açıqladı

“Unibank”ın 31 dekabr 2016-cı il tarixinə maliyyə nəticələri məlum olub. Bank, bu göstəriciləri rəsmi saytında yayımlayıb.

Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2016-cı ilin yekununda bankın aktivləri 716 milyon 522 min manat olub.

Bankın "balans hesabatı"na əsasən sözügedən dövrdə müştərilərə verilən  kreditlər və lizinqlər 426 milyon 612 min manat, banklar da daxil olmaqla maliyyə müəssisələrinə qarşı tələblər artaraq 29 milyon 649 min manat həcmində olmuşdur. Bankın cəmi aktivlərinin  37 milyon 590 min manatını digər aktivlər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə bankın cəmi öhdəlikləri 650 milyon 5 min manat həcmində olub. Müştəri hesabları 362 milyon 456 min manat təşkil edib.

31  dekabr 2016-cı il tarixinə Unibank ASC-nin kapitalı 66 milyon 516 min manat həcmində qeydə alınıb.

Bankın ehtiyatlar üzrə ayırmaları 28 mln 362 min manat, xalis zərəri isə 2 milyon 889 min manat olub.

Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının -  MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranmışdır və hazırda Azərbaycanın ən qabaqcıl banklarından biridir.