Unibank 2015-i "Mətbuat İli" elan etdi | Banco.az

Unibank 2015-i "Mətbuat İli" elan etdi

2015-ci ildə mətbuat Unibankın xüsusən diqqətində olacaq – bunu ötən gün Unibankın İlin bankı seçilməsi bağlı keçirilən tədbirdə Bankın Marketin Departamentinin rəhbəri Yevgeniy Soltanov söylədi.

Bankın öz partnyorlarını həmişə diqqətində saxladığını bildirən Yevgeniy Soltanov, tez-tez öz tərəfdaşları ilə rəsmi, həmçinin qeyri-rəsmi tədbirlərdə görüşdüklərini bildirdi. Bu, müxtəlif yarışların keçirilməsi, intellektual oyunlar, kinoteatrda film nümayişləri kimi tədbirlər ola bilir.

2015-ci ili isə Bank mediaya həsr etməyi düşünür. Bu baxımdan gələn ilin bizim üçün xüsusi ilə maraqlı olacağını düşünürük. Yevgeniy bəy, təkliflər üçün Bankın hər zaman açıq olduğunu qeyd etdi.

Hələlik isə planlarda olanlardan bunları sadalaya bilərik:

1. “Bank və maliyyə sahəsi ilə bağlı ən yaxşı yazılara görə müxtəlif jurnalistlər mükafatlandırlacaq”

Müxtəlif yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin münsizlərinin də mətbuatdan olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

2. Jurnalistlər üçün müxtəlif treninq və təlimlər

Xarici və yerli təlimçilər tərəfindən jurnalistlər üçün nəzərdə tutulmuş, xüsusi bacarıqların artırılmasına istiqamətlənmiş təlimlər keçirilə bilər.

3. “Biz qloballaşma şəraitində yaşayırıq və hər kəs üçün çoxlu dil bilmək çox mühüm məsələdir”

Mətbuat nümayəndələri üçün dil kurslarının təşkili olacaq ki, bu kursların da müddəti 1 il və ya 6 ay ola bilər.

4. Müxtəlif intellektual oyun və yarışlar, qeyri-rəsmi tədbirlər

Məsələn, jurnalistlər arasında “Nə? Harada? Nə zaman?” tipli yarışların keçirilməsi.  Bu həm əlaqələrin qurulması, bir-birini daha yaxından tanımaq, həm də əməkdaşlığın güclənməsi baxımından əhəmiyyətə malikdir.

Biz inanırıq ki, 2015-ci ilin həm Unibankın həm də bank sektorunun tarixinə bir "mətbuat ili" kimi düşəcək və Siz də bu işdə bizə kömək edəcəksiniz”  - Yevgeniy Soltanov öz çıxışını belə bitirdi. 

Ən sərfəli krediti almaq üçün müraciət et