Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.
Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək.
Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
Marja