Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş komanda quruculuğu tədbiri keçirilib | Banco.az

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş komanda quruculuğu tədbiri keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və rəqəmsal ödəniş sənayesində dünya lideri “Visa Inc.” şirkətinin dəstəyi ilə 6-7 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş komanda quruculuğu tədbiri keçirilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri və ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” və “Rəqəmsal ödənişlər üzrə fırıldaqçılıq hallarına qarşı mübarizə üzrə Ekspert Qrupu”larının üzvləri tədbirdə iştirak etmişdir.

Tədbir zamanı banklar “Visa Inc.” beynəlxalq ödəniş sistemi tərəfindən son bir il ərzində rəqəmsal ödəniş ekosistemi sahəsində fəaliyyətlərinə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et