"Ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb" | Banco.az

"Ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb"

"2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb"

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov bildirib.

Bununla belə, onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ümumi inflyasiyanın formalaşmasında qeyri-ərzaq məhsullarının və xidmətlərin rolu artıb.

A.Ələsgərov həmçinin deyib ki, Azərbaycan uzunmüddətli dövrdə inflyasiyanın nisbətən aşağı olduğu ölkələrdəndir: "Bunun istehlak qiymətləri səbətinin təhlili göstərir. Belə ki, son 10 ildə Azərbaycanda inflyasiya 5% ətrafında olub. Ötən il isə dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da illik inflyasiya orta göstəricini üstələyib. Həmçinin təhlillər göstərir ki, 2021-ci ildə Azərbaycanda qiymət artımının yarısından çoxu xarici mənşəli xərc amilləri ilə bağlı olub. Ötən il dünyada presidenti olmayan inflyasiya təzyiqləri olub. Əmtəə birjalarındakı qiymət artımı bütün göstəriciləri üstələyib".

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et