Ümumdünya Ticarət Təşkilatı qlobal mal ticarət həcminin azaldığını açıqlayıb | Banco.az

Ümumdünya Ticarət Təşkilatı qlobal mal ticarət həcminin azaldığını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qlobal idxal tələbinin zəifləməsinə görə Mal Ticarət Barometrinin trenddən aşağı düşdüyünü bildirib.

Banco.az xəbər verir ki, ÜTT noyabr ayı üzrə “Qlobal Mal Ticarət Barometri Hesabatı”nı dərc edib.

Buna görə, oktyabr ayında 100 qeydə alınan Mal Ticarət Barometri noyabr ayında 96,2-yə geriləyib. Təşkilat idxal tələbinin zəifləməsi ilə qlobal mal ticarətinin yavaşlayacağını proqnozlaşdırıb.

Qeyd edək ki, barometrdə 100-dən yuxarı göstəricilər trenddən yuxarı artımı, 100-dən aşağı göstəricilər isə trenddən aşağı artımı göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et