Ağ Evin İqtisadi müşaviri, Fed-in kənara çəkilib iqtisadi inkişafı dəstəkləyəcəyinə ümid etdiyini deyib.
Ağ Evin İqtisadi müşaviri Larry Kudlow, Fed-in kənara çəkiləcəyini və iqtisadi artımı ləngitməyəcəyi barədə ümidli olduğunu deyib.
Kudlow, Fed-in gözləmə mövqeyində qalmasından məmnun olduğunu sözlərinə əlavə edib.
Kudlow-un çıxışı, ABŞ-da pərakəndə satışların Dekabr ayında gözlənilməz bir şəkildə düşdüyünü göstərən göstəricidən sonraya təsadüf edib.
ABŞ-da pərakəndə satışlar Dekabrda hökumətin bağlanması və maliyyə bazarlardakı qarışıqlıq ilə bağlı olaraq 9 ilin ən böyük tənəzzülünü qeyd edib. Ticarət Nazirliyinin məlumatlarına görə, pərakəndə satışlar Dekabrda 1.2% düşüb. Bu, 2009-dan bəri görülən ən böyük azalmdır. Proqnoz 0.1% artım idi.
marja