Beynəlxalq Valyuta Fondu Ukraynaya rekord məbləğdə 15,6 milyard dollar kredit ayırıb.
Banco.az BVF-nin açıqlamasına istinad qeyd edir ki, bu kredit dörd il müddətinə verilib.
Bu kredit, Ukraynaya 115 milyard dollar məbləğində ümumi dəstək paketinə daxildir. BVF İcraiyyə Komitəsinin qərarı ilə təsdiqlənən bu paket, Ukraynaya dərhal 2,7 milyard dollar almağa imkan verir.
Təsdiq olunmuş proqram çərçivəsində Ukrayna enerji sektoru da daxil olmaqla bir sıra genişmiqyaslı islahatlar aparmağı öhdəsinə götürür.
Növbəti iki il ərzində Ukrayna vergi daxilolmalarını artırmaq, məzənnə sabitliyini qorumaq, mərkəzi bankın müstəqilliyini qorumaq və antikorrupsiya tədbirlərini gücləndirmək üçün müəyyən şərtləri yerinə yetirməli olacaq.