Ukraynaya ən çox maliyyə yardımı ayıran region açıqlanıb | Banco.az

Ukraynaya ən çox maliyyə yardımı ayıran region açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı Ukraynaya ən çox yardım ayıran regiondur.

Banco.az xəbər verir ki, bunu  Avropa İttifaqı diplomatiyasının rəhbəri Cosep Borrell Brüsseldə Aİ xarici əlaqələr şurasının müdafiə nazirləri formatında keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Kiyevə ayrılan maliyyə yardımının səviyyəsi hərbi, mülki, iqtisadi, humanitar, qaçqınlara göstərilən yardım daxil olmaqla 65 milyard avronu keçib.

Rəsmi nümayəndə həmçinin Aİ ölkələrinin əksəriyyətinin Ukraynanın maliyyələşdiyi Avropa Sülh Fondundan ayrılan vəsait həcminin 3,5 milyard avro artırılmasını dəstəkləyib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et