Ukraynaya borclarını qaytarmaqla bağlı güzəşt edilib | Banco.az

Ukraynaya borclarını qaytarmaqla bağlı güzəşt edilib

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna daha dörd il borclarını qaytarmamaq hüququ qazanıb.

Banco.az xəbər verir ki, müvafiq müddət 2027-ci ilə qədər uzadılıb. Bu qərar Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən Kiyevə 15,6 milyard dolların ayrılması ilə bağlı ilkin razılıq əldə edildikdən sonra verilib. Müvafiq vəsait BVF tarixində hərbi münaqişədə iştirak edən ölkəyə verilən ilk kredit olacaq. Məlumata görə, hökumət proqramının əsas məqsədləri son dərəcə yüksək qeyri-müəyyənlik şəraitində iqtisadi və maliyyə sabitliyini qorumaq, borc dayanıqlığını bərpa etmək və münaqişədən sonra Ukraynanın Avropa İttifaqına qoşulma yolunda bərpasını dəstəkləməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram